`Qəfildən özünü pəncərədən atdı` - DİN - dən rəsmi açıqlama

`Qəfildən özünü pəncərədən atdı` - DİN - dən rəsmi açıqlama
  21 Avqust 2015    Oxunub:2740
Daxili İşlər Nazirliyi Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan şəxsin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az - a açıqlamasında deyib ki, avqustun 20-də şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib və inzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib:

O, qeyd edib ki, mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib:

`Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək`.

AzVision.az


Teqlər:  





Xəbər lenti