`Məhkəmədə şikayətlərə ciddi fikir verilməlidir` - Nazir müavini

`Məhkəmədə şikayətlərə ciddi fikir verilməlidir` - Nazir müavini
  21 Avqust 2015    Oxunub:2047
“Seçki komissiyalarında və məhkəmələrdə şikayətlərin daha diqqətlə araşdırılmasına ciddi fikir verilməlidir”.
AzVision.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. O, seçki sənədlərinin lazımi qaydada tərtib olunması məsələlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Seçki qanunvericiliyindən, seçki dövründə seçki komissiyaları tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməli olan sənədlərdən, toplanan imzaların ekspertizasından danışan Azər Cəfərov istintaq təcridxanalarında, həbsxanalarda cəza çəkən şəxslərin seçki hüququ məsələsinə də toxunub:

“1995-ci ildən penitensiar müəssisələrdə seçkinin təşkili üçün dairə və məntəqə seçki komissiyaları ilə sıx əməkdaşlıq edilir. Seçki günü növbədə olan penitensiar xidmət əməkdaşları da orada səs verə bilərlər. Bundan öncəki parlament seçkilərində penitensiar müəssisələrdə səsvermə hüququ olanların 99 faizi səs verib, seçkilər yüksək səviyyədə keçirilib”.

A. Cəfərov nəzərə çatdırıb ki, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi 10, ondan sonra keçirilən seçkilərlə bağlı isə 1 qərar qəbul edib.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti