
“ABŞ 1990-ci ildən başlayaraq qlobal istiləşmə terminini ortaya atıb. Uzun illərdir davamlı olaraq dediyi bu proqnozu doğrultmaq üçün hidroloji silahlardan istifadə edirlər. İstədikləri vaxt meşə yanğınları törədirlər. Meşələrin miqdarını minimuma endirirlər, bu zaman torpaqlar deqrodasiyaya uğrayır. Bir sözlə ABŞ insanların sayını bu yolla azaldaraq 1 milyona çatdırmaq istəyir”.
Ekoloqun sözlərinə görə, həmin silahlardan istifadə olunduğu üçün Rusiyada yumurta böyüklükdə dolu yağdı, bütün kənd təsərrüfatı məhsulları məhv oldu. İndi həmin hava şəraiti Azərbaycana da yaxınlaşır.

Ekspert deyir ki, buzlaqların əriməsi Azərbaycanda uzunmüddətli quraqlıq yaradacaq:
“Buzalaqlar əridikdə quraqlıq yaranacaq. Məhsullar tələf olacaq. Belə olan halda ərzaq ehtiyyatı minimuma enəcək. Bazarda olan ərzaqlar isə çox baha qiymətə satılacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri üzrə Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov isə hesab edir ki, Tufandağda buzlaqların əriməsi elə də ciddi problem yarada bilməz. Ən pis halda buzlaqlardan qidalanan çaylarda suyun səviyyəsinin azalacağını deyən Mərkəz direktoru Azərbaycanda belə çayların sayının çox olmadığını söyləyir. Artıq bir neçə ildir ki, rayonlarda bulaqların qurumasına da münasibət bildirən nazirlik rəsmisinin sözlərinə görə, bunun üçün məyyən tədbirlər görülür:

“Dağ çaylarının üzərində kiçik danbaların yaradılması nəzərdə tutulur. Sululuq bol olduğu müddətdə həmin suları danbalara yığmaq və sululuq az olan fəsillərdə istifadə etmək mümkündür. Ola bilər ki, 30-40 ildən sonra buzlaqların sahəsi azala bilər və buzlaqlarla qidalanan çaylada suyun səviyyəsi az olsun. O , vaxta kimi müəyyən tədbirlər görüb suları yığmaq olar. Nə qədər mənfi təsiri olsa da onun qarşısını almaq olar”.
Gültəkin ƏLƏSGƏR
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


