Azərbaycanlı ailə İstanbulda qəza törətdi - 5 nəfər yaralandı

Azərbaycanlı ailə İstanbulda qəza törətdi - 5 nəfər yaralandı
  21 Avqust 2015    Oxunub:3684
İstanbuldan Samsun istiqamətinə gedən Azərbaycan dövlət nömrə nişanlı avtomobil dəhşətli qəza törədib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı Bülənt İgid idarə etdiyi Azərbaycan dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dirəyə çırpılıb.

Qəzada 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Onlardan biri azyaşlıdır.

Qəza nəticəsində sürücü ilə birlikdə ailə üzvləri Züleyxa İgid, övladları Berfin İgid, Berrak İgid, və Zilal İgid yaralanıb. Yaralılar hadisə yerinə gələn Təcili Tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Gültəkin Əlsəgər


Teqlər:  



Xəbər lenti