Daha bir iş adamı axtarışa verildi

Daha bir iş adamı axtarışa verildi
  21 Avqust 2015    Oxunub:2417
Azərbaycanda daha bir iş adamı axtarışa verilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, “Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Məlumata görə, S. Şeyxov dəfələrlə vergi və bank borcları ilə bağlı dəfələrlə məhkəməyə verilib. Lakin o borcları ödəməkdən boyun qaçırıb.

Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


Teqlər:



Xəbər lenti