Peru narkotik daşıyan təyyarələri vuracaq

Peru narkotik daşıyan təyyarələri vuracaq
  21 Avqust 2015    Oxunub:1849
Peru Konqresi qeyri-qanunu şəkildə narkotik maddələr daşımaqda şübhəli bilinən kiçik təyyarələrin vurulması ilə bağlı qanun qəbul edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi dövlət başçısı Ollanta Humalanın imzasından sonra qüvvəyə minməsi gözlənir.

ABŞ isə “hava müdaxiləsi” adı verilən bu qanun layihəsinin əleyhinə olduğunu açıqlayıb.

Qeyd edək ki, dünyanın ən çox heroin istehsal edən ölkəsi Perudur.
Tez-tez bu kimi qanunsuz yük daşıyan təyyarələrin vurulması ilə məşhurlaşan Peru, 2001-də təyyarələrdən birinin səhv vurulması nəticəsində biri Amerikan misyoneri və onun körpəsinin ölümünə səbəb olmuşdu.

Xatırladaq ki, Humala, 2011-ci ildə dövlətin başına keçərkən narkotik qaçaqmalçılığı ilə mübarizəyə söz vermişdi.

Aysel Əliyeva


Teqlər:  



Xəbər lenti