Erməni şahmatçılar Bakıya gəlir
Qeyd edək ki, news.am saytı artıq həmin şahmatçıların adlarını da açıqlayıb. Belə ki, Ermənistanı Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyan və Samvel Ter-Saakyan təmsil edəcəklər. Varujan Akopyan və Samuel Sevyan ABŞ bayrağı altında çıxış edəcəklər.
Levon Aronyan (2765) – Mikael Videnkeller (Lüksemburq, 2453)
Qabriel Sarqsyan (2673) – Mateuş Bartel (Polşa, 2631)
Qrant Melkumyan (2633) – Qata Kamski (ABŞ, 2670)
Samvel Ter-Saakyan (2601) – Nikita Vityuqov (Rusiya, 2719).
Varujan Akopyanın rəqibi çexiyalı Viktor Laziçka olacaq. Samuel Sevyan isə Teymur Rəcəbovla qarşılaşacaq.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


