SENSASİYA: Əbülfəz Qurbanlı Dağıstanda fəhləlik edir

SENSASİYA: Əbülfəz Qurbanlı Dağıstanda fəhləlik edir
  21 Avqust 2015    Oxunub:33867
AXCP sədrinin müavini postundan istefa verən Əbülfəz Qurbanlı uzun müddətdir ki, mətbuatdan qaçırdı. Hətta ondan müəyyən məsələlərə münasibət belə öyrənmək mümkün olmurdu. Amma AzVision.az onu tapa bilib.

Əldə etdiyimiz məlumata görə, partiyadan istefa verdikdən sonra bir müddət heç bir işlə məşğul olmayan Ə.Qurbanlı Əli Kərimlinin təzyiq və böhtanlarından qurtulmaq üçün xarici ölkəyə üz tutmağa məcbur olub. Bu barədə vaxtilə onunla yaxın olmuş partiya yoldaşı AzVision.az-a bilgi verib.

Belə ki, əlacsız qalan sabiq AXCP sədrinin müavini hazırda Dağıstan Respublikası ərazisində tikinti sektorunda fəaliyyətini davam etdirir. Onun hazırda fəhləliklə məşğul olduğu bildirilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:



Xəbər lenti