Türkiyədə polis 3 yaşlı uşağı güllələyib

Türkiyədə polis 3 yaşlı uşağı güllələyib
  21 Avqust 2015    Oxunub:1632
Hadisə dünən axşam, Mardin şəhərində baş verib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, terrora etiraz edən vətəndaşları dağıtmaq məqsədilə ətrafa atəş açan polislərin gülləsi evinin balkonunda oynayan 3 yaşlı uşağın başına dəyib.

Edilən ilk tibbi müdaxilədən sonra yaralı uşaq Urfa Özəl Xəstəxanasına göndərilib və əməliyyat edilib.
Başının sağ üst nayihəsinə girən mərmini çıxaran həkimlər, uşağın həyati təhlükəsinin davam etdiyini bildiriblər.

Aysel Əliyeva


Teqlər:



Xəbər lenti