Qusarda yeni polis bölməsi yaradılıb

Qusarda yeni polis bölməsi yaradılıb
  21 Avqust 2015    Oxunub:2155
Qusarda yeni polis bölməsi yaradılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə, rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.

Avqustun 21-də həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.

AzVision.az



Teqlər:





Xəbər lenti