Camış sahibini vurdu

Camış sahibini vurdu
  21 Avqust 2015    Oxunub:2004
Bu gün Bərdə rayonunda bədbəxt hadisə baş verib. Camış onu satmaq üçün bazara çıxaran sahibini xəstəxanalıq edib.
Bərdə rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, rayonun Ləmbəran kənd sakini 1986-cı il təvəllüdlü Şirvan Nəsrəddin oğlu Həsənov bazarda hürkən heyvanların qabağını kəsmək istəyərkən camış onu buynuzuna alaraq yerə çırpıb.
Daha sonra isə 29 yaşlı gənci sürüməyə başlayıb.

Ətrafdakı insanların köməyi ilə onu dərhal xəstəxanaya gətiriblər. Onun vəziyyəti orta ağırdır.

Bundan əvvəl də Sabirabadda da bənzər hadisə baş verib. Rayonun Qarağac kənd sakini Şəmsi İbrahimovu şəxsi təsərrüfatına aid olan kəli (erkək camış -red.) satmaq üçün bazara çıxarıb. Bazarda hürkən camış 59 yaşlı kişini vuraraq öldürüb.(Ans)


Teqlər:



Xəbər lenti