Bu kənddə ilk dəfə təbii qaz verildi

Bu kənddə ilk dəfə təbii qaz verildi
  22 Avqust 2015    Oxunub:1528
Xaçmaz rayonunun Ağaşirinoba kəndinə ilk dəfə təbii qaz verilib.
Bu barədə AzVision.az SOCAR-ın saytına istinadən xəbər verir.

Avqustun 21-də Xaçmaz rayonunun Ağaşirinoba kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 112 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 8431 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 112 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Teqlər:  





Xəbər lenti