Avtomobillə velosiped toqquşdu

Avtomobillə velosiped toqquşdu
  22 Avqust 2015    Oxunub:2103
Masallı rayonunun Ərkivan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 20-də saat 12 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Rüfət Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu velosipeddə keçən şəhər sakini Həyat Məmmədovu vurub. Nəticədə H.Məmmədov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti