İlham Əliyev ukraynalı həmkarını təbrik edib
“Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.
İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


