5 mərtəbəli bina çökdü

5 mərtəbəli bina çökdü
  11 İyun 2013    Oxunub:1443
Hindistanın Mumbai şəhərində 5 mərtəbəli bina çöküb.
Ən son məlumatlara görə, hadisə nəticəsində azı 20 nəfər həlak olub. 10-larla insan yaralanıb. Ölən və yaralananlar arasında qadın və uşaqlar çoxluq təşkil edir. Hadisə axşam saatlarında baş verdib. Ölənlərin sayının daha da artacağı güman edilir.

Bildirilir ki, faciə baş verən vaxt binada 200-ə qədər insan ola bilər. Hadisə yerinə xilasedicilər və yanğınsöndürmə briqadaları cəlb olunub. Lakin şəhərdə yağan musson yağışları xilasetmə əməliyyatına mane olur. Yaşayiş binasinin hansı səbəbdən uçduğu məlum deyil. Dağıntılar altında qalanların axtarışları davam edir.





Teqlər:





Xəbər lenti