FHN sektor müdirinin ölümü ilə bağlı məlumat yaydı

FHN sektor müdirinin ölümü ilə bağlı məlumat yaydı
  22 Avqust 2015    Oxunub:1733
Fövqəladə Hallar Nazirliyi Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rüstəm Sadıxzadənin ölümü ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində R.Sadıxzadənin yaşadığı evdə baş verib.

1980-cı il təvəllüdlü Sadıxzadə Rüstəm Davud oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı R.Sadıxzadənin vəfat etdiyi müəyyən olunub.

Əməliyyat saat 22:53-də başa çatıb.


Teqlər:  



Xəbər lenti