İstirahət günü Bakıya yağış yağacaq

İstirahət günü Bakıya yağış yağacaq
  22 Avqust 2015    Oxunub:1695
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 24-28 dərəcə olacaq.

Bölgələrdə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə olacaq.


Teqlər:



Xəbər lenti