Bakıda valyutadəyişmə məntəqələri işləmir - Dollar yoxdur

Bakıda valyutadəyişmə məntəqələri işləmir - Dollar yoxdur
  22 Avqust 2015    Oxunub:2981
Bu gün səhər saatlarında Bakı şəhərində fəaliyyət göstərən əksər bank filialları və valyuta mübadilə şöbələri nağd ABŞ dollarının müştərilərə satışını dayandırıb. Bəzi mübadilə şöbələri hətta avro satışını da həyata keçirmir.

"Unibank", "Bank of Baku", "Accessbank", "Zaminbank" və s. kommersiya banklarının paytaxtdakı valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutanın satışı prosesinin nə vaxt bərpa olunacağı haqqında məlumatsız olduqlarını və əməliyyatları baş ofisdən aldıqları göstəriş əsasında dayandırdıqlarını qeyd ediblər.

Şəhərin mərkəzi hissəsində isə "Zaminbank", "Kredo bank", "Atrabank", "Muğanbank", "AGBank", Azərbaycan Beynəlxalq Bankı, "Amrahbank" və "United Credit Bank"ın əksər valyuta mübadilə şöbələri və bir çox filial və mübadilə şöbələri bağlanıb, açıq olanlar isə əsasən İran rialı, Gürcüstan larisi və Rusiya rublunun alqı-satqısını həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən gün ABŞ dollarının rəsmi məzənnəsini 1,0479 manat səviyyəsində müəyyənləşdirib. (Report)


Teqlər:  





Xəbər lenti