Yaxın günlərdə avtobuslarda kart sistemi işə düşəcək

Yaxın günlərdə avtobuslarda kart sistemi işə düşəcək
  11 İyun 2013    Oxunub:1222
Şəhərdaxili fəaliyyət göstərən bir çox avtobuslarda kart aparatları quraşdırılıb.
“Hazırda avtobus kartlarının hazırlanması və kart aparatlarının (validator) quraşdırılması prosesi gedir”. Bunu AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. Nazirlik rəsmisi bildirib ki, bu ay avtobuslarda kart sistemi işə başlayacaq.

“Ümumilikdə 29 marşurut üzrə hərəkət edən 500 avtobusda kart aparatları quraşdırılacaq. 200 min kart hazırdı, amma bunlar 500 minə çatdırılmalıdır ki, bu sistemə start verilsin. Çox güman ki, kartların satışa çıxarılması bir-iki həftəyə mümkün olacaq. Həmçinin Türkiyədən validatorların gətirilmə prosesi davam edir. Eyni zamanda gətirilənlər avtobuslara quraşdırılır. Bu ay 500 avtobusda kart sistemi işə başlayacaq”-deyə N.Həsənov vurğulayıb.

Qeyd etmək istərdik ki, müşahidələrimiz zamanı şəhərdaxili fəaliyyət göstərən bir çox avtobuslarda kart aparatlarının quraşdırıldığını müşahidə etdik. Məlumat üçün deyə bilərk ki, 65,6 saylı xətt avtobuslarında kart apartları tam quraşdırılıb.

Anar


Teqlər:  





Xəbər lenti