Ata oğlunu, arvad ərini bıçaqladı
Zərərçəkən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Niyazi Ağayev isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Digər hadisə isə Lənkəranda baş verib. həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilən 28 yaşlı Elmar Amil oğlu Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çoxlu qan itirmə, ikibaşlı əzələnin dərin kəsilmiş-deşilmiş yarası diaqnozu və şok vəziyyətində daxil olub.
E.Məmmədovun üzərində aparılan əməliyyat tədbirlərindən sonra vəziyyəti stabilləşib.
Rayonun Şilavar kənd sakini olan E.Məmmədov ailəsi ilə birlikdə şəhərdə kirayədə qalır. Onun həyat yoldaşı ilkin izahat zamanı özünü müdafiə etmək məqsədilə bıçağa əl atdığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


