Arvadının həsrətinə dözməyən kişi özünü asdı

Arvadının həsrətinə dözməyən kişi özünü asdı
  22 Avqust 2015    Oxunub:3021
İsmayıllı rayonunda evdən qaçan həyat yoldaşının həsrətinə dözməyən kişi özünü asıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Turişev Valeri Vitalyeviç özünü yaşadığı evin həyətindəki avtomobil qarajından kəndirlə asaraq intihar edib. Bir uşaq atası olan Valeri Turişevin yaxınları onun özünə qəsd etməsinin həyat yoldaşının bir neçə gün əvvəl evdən qaçması ilə bağlı olduğunu bildiriblər. Məlumata görə, evdən qaçan qadın sonradan atası evinə gəlib və həyat yoldaşının yanına qayıtmayıb. V. Turişev bundan təsirlənərək özünə qapanıb və intihar edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti