YAP-dan növbəti müşavirə

YAP-dan növbəti müşavirə
  23 Avqust 2015    Oxunub:1674
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Yevlaxda partiyanın Bərdə, Ağcabədi, Mingəçevir, Goranboy, Tərtər, Yevlax, Ağdam, Xocalı, Laçın rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.
YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov cari ilin noyabr ayında Azərbaycanda Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi hazırlıqlar görüldüyünü və YAP-ın bütün seçkilərdə olduğu kimi, bu dəfə də bütün gücünü, resurslarını səfərbər etdiyini bildirib.

YAP sədrinin müavini Azərbaycanın hazırda demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer aldığını bildirərək ölkədə həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatların mütəmadi xarakter daşıdığını vurğulayıb:

"Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlar əsasında baş tutur. Cari ildə keçiriləcək parlament seçkilərinin bu dəyərlər əsasında reallaşacaq. Azərbaycan vətəndaşları iradələri əsasında etimad göstərdikləri siyasi qüvvələri dəstəkləyəcək və fəaliyyətində Azərbaycanın milli maraqlarını əsas götürən, demokratik dəyərlərə üstünlük verən, ölkənin inkişafı naminə çoxşaxəli fəaliyyət göstərən avanqard siyasi qüvvəyə növbəti dəfə etimad göstərəcəklər.

Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə yüksək hazırlığı qələbəni şərtləndirəcək növbəti amildir. Bütün bu amillər YAP-ın parlament seçkilərində istinad edəcəyi ciddi resurslardır. Biz inanırıq ki, bu resurslar, xüsusilə Prezident İlham Əliyevin gördüyü işlər sayəsində YAP növbəti parlament seçkilərində uğur qazanacaq".


Teqlər:





Xəbər lenti