Kanalda batan şəxsin cəsədi tapıldı

Kanalda batan şəxsin cəsədi tapıldı
  24 Avqust 2015    Oxunub:1475
Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bu il avqustun 20-də Samur-Abşeron kanalının Siyəzən rayonundan keçən hissəsində batmış 1973-cü il təvəllüdlü Kamilov Rəhman Ziyafət oğlunun cəsədi tapılıb.

FHN-nin xilasetmə qüvvələri cəsədi batdığı yerdən 31 km aralıda taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:



Xəbər lenti