`Lider`imiz diktatora çevrildi` - Səbuhi Əliyev
- Siyasi fəaliyyətimin ən azı 17 yaşı olsa da, kölgədə qalmağa üstünlük vermişəm. Mübarizəm hər zaman haqsızlığa, ədalətsizliyə qarşı olub. Partiyadan heç zaman siyasi dividentlər üçün istifadə edib parlamağa calışmamışam. Zaman elə gətirdi ki, çiyin-çiyinə mubarizə apardığım "lider" diktatora çevrildi və özümü təqdim etmeyə vadar oldum. Sadəcə Səbuhi Əliyev.
- AXCP Etimad Qurultayının bəyanatından sonra qarşı tərəfdən çoxlu tənqidlər gəldi. Buna münasibətiniz?
- Mən fərd olaraq həyatda ailəm və dostlarımın tənqidlərinə çox böyük önəm verirəm və bundan nəticə çıxarmağa çalışmışam. Heç bir halda tənqidlərə subyektiv yanaşmamışam. İndiki halda tənqiddən çox təhqir gördüm. Bu da onların daxili aləminin göstərgəsidir. Obyektiv tənqidlərlə gəlsin, o zaman hər birinə cavab verməyə hazıram. Siyasi və mədəni müstəvidə hər bir dialoqa hazıram.
- Sizi bu addımı atmağa nə vadar etdi?
Partiya daxilində zərrə qədər də demokratik mühütün olmaması, maliyyə maxinasiyaları, diktator rejimli idarəçilik. Bir növ partiyada Əli Kərimli manqurtlaşma siyasəti ilə məşğuldur. Buna öz sözlərilə cavab verəcəm: `Parlaq gəncliyin qarşısını almaq heç kimə nəsib olmayıb`. Zamanla bu gün bizi tənqid edənlər sabah yanımızda olacaq.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


