YAP Gəncədə müşavirə keçirdi

YAP Gəncədə müşavirə keçirdi
  24 Avqust 2015    Oxunub:1223
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı respublikamızın qərb bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Gəncədə zona müşavirəsi keçirib.
AzVision.az xəbər verir ki, YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhəri, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Göygöl rayon şöbələri üzvlərinin iştirakı ilə keçirilən müşavirədə əvvəlcə YAP Gəncə şəhər və Qazax rayon təşkilatları rəhbərlərinin seçkilərə hazırlıqla bağlı hesabat xarakterli məlumatları dinlənilib.

Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. Baş nazirin müavini diqqətə çatdırıb ki, əvvəlki seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə seçkilərdə mütəşəkkillik nümayiş etdirmək üçün rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb edilib.

Respublikada 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, xüsusilə gənclər və qadınlarla aparılan işin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, partiyanın üzvləri bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər.

Sonda Əli Əhmədov parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazanacağına əminliyini ifadə edib.


Teqlər:





Xəbər lenti