Təmas xəttində monitorinq olacaq

Təmas xəttində monitorinq olacaq
  24 Avqust 2015    Oxunub:1245
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
AzVision.az - ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov izləyəcəklər.


Teqlər:



Xəbər lenti