Daha bir cəbhəçi yeni AXCP-yə keçdi

Daha bir cəbhəçi yeni AXCP-yə keçdi
  24 Avqust 2015    Oxunub:2434
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon şöbəsinin üzvü Əli Məmmədov Razi Nurullayevin rəhbərlik etdiyi alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulduğunu bəyan edib.
O, AzVision.az-a açıqlamasında istefa qərarını partiyada hökm sürən anti-demokratik mühitlə əlaqələndirib.

`Mən digər Ağstafa cəbhəçiləri kimi Əli Kərimlinin rəhbərlik etdiyi dövrdə partiya daxilindəki anti-demokratik mühitə, maliyyə şəffafsızlığına, saxtakarlıqlara, bir qrup şəxsin partiya daxilində fironluğuna etiraz olaraq Razi Nurullayevin rəhbərlik etdiyi alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşuluram. Bundan sonra fəaliyyətimi Razi bəyin yanında davam etdirəcəm`, - deyə Ə. Məmmədov bildirib.

Ə. Məmmədov açıqlamasında deyib ki, Əli Kərimlinin yanındakı Həsən Kərimov və Gözəl Bayramlı tandemini və Fuad Qəhrəmanlının çirkin oyunlarını qəbul edə bilmir.

Qeyd edək ki, bir neçə gün öncə AXCP-nin Ağstafa rayon şöbəsinin sədri Maarif Salahov, sədr müavini Səxavət İsmayıl, rayon şöbəsinin gənclər təşkilatının sədri Kamal Verdiyev də daxil olmaqla 50-yə yaxın cəbhəçi Razi Nurullayevin rəhbərlik etdiyi alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti