Dolların satışı davam edəcək - “Exchange” lərdəki son vəziyyət (Reportaj)

Dolların satışı davam edəcək - “Exchange” lərdəki son vəziyyət (Reportaj)
  24 Avqust 2015    Oxunub:17611
Bir neçə gündür ki, ekspertlər manatın ikinci devalvasiyasının baş tutacağı barədə proqnoz səsləndirir. Manatın dəyərdən düşəcəyindən ehtiyyat edən sakinlər kənarda, köşədə olan pulunu dollara çevirərək bu pul vahidində saxlamağa çalışır. Hətta artıq bəzi valyutadəyişmə məntəqələrində dollar qıtlığı yaşanır.



AzVision.az - ın əməkdaşı Bakının mərkəzi küçələrində olan valyutadəyişmə məntəqələrində olub.

“28 may” küçəsində yerləşən valyutadəyişmə məntəqələrində bu dəqiqələrdə ABŞ dolları satılmır. Səhər saatlarında dollar satılsa da artıq satış dayandırılıb. Xeyli sayda insan valyutadəyişmə məntəqələrində dolların satılacağını gözləyir.

Bəzi valyutadəyişmə məntəqələrindən isə alıcılara bildirilir ki, dollar satışı günün ikinci yarısından sonra olacaq.



Dollar tapmayan Bakı sakinləri məcburiyyətdən avro almağa da razıdır. Bəzi valyutadəyişmə məntəqələrində avro tapmaq mümkündür və bu valyuta da sürətlə satılır.

“Yapıkredi bank”-ın dollar satışı ilə məşğul olan əməkdaşı Elnur Məsimov deyir ki, bir müddət əvvəl manat dəyərdən düşdüyünə görə indi hamı narahat olub. Ona görə də hər kəs əlindəki manatı dollar çevirməyə tələsir:

“Hazırda dollarların hamısı satılıb. Əməkdaşlarımız dollar gətirməyə gediblər. Günortadan sonra yenidən dollar satışı aparılacaq”.

“Zaminbank”ı valyutadəyişmə mənqətələrində də dollar dəyişmək üçün uzun növbə yaranıb.



“Adamlar səhər saatlarından gələrək dollar və ya avro almağa, əllərindəki manatdan xilas olmağa çalışır. Hazırda bizim məntəqədə bircə dollar da qalmayıb. Hamısını satmışıq. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmirik” - deyə D.Əliyeva küçəsindəki valyutadəyişmə məntəqələrindən birinin sahibi AzVision.az - a bildirib.




Dollar almağa çalışan Bakı sakinləri deyir ki, digər valyutadəyişmə məntəqələri də dollar satışını dayandırıb. Heç yerdə dollar tapılmır.

“Atabank”, "Kapital Bank" və "Dəmir Bank"da isə dollar satışı dayandırılıb.


Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti