AXCP fövqəladə toplantı keçirəcək
Bu barədə AzVision.az-a AXCP rəhbərliyində təmsil olunan mənbə bildirib. Mənbənin iddiasına görə, hazırda bununla bağlı Əli Kərimli partiyanın rayon şöbələrinin fövqəladə toplantılarının keçirilməsi barədə göstəriş verib:
- Son günlər partiyadan istefaların kütləvi hal alması və Razi Nurullayevin fəallığı Əli Kərimli və ətrafındakıları ciddi narahat edir. Bu səbəbdən partiyanın rayon şöbələrində istefa verənlərə həsr olunan fövqəladə iclasların keçirilməsi tapşırığı verilib.
Mənbəmiz deyib ki, ilk belə iclas partiyanın Sabunçu rayon şöbəsi tərəfindən keçiriləcək: `Buna səbəb Sabunçu cəbhəçilərinin partiyadan kütləvi istefaya hazırlaşmaları ilə bağlı əldə olunan xəbərlərdir. Eyni zamanda sabahkı iclas istefa verən Sabunçu cəbhəçilərinə həsr olunacaq. Tədbir Bakıxanov qəsəbəsində yerləşən Qızılgül kafesində baş tutacaq.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


