FHN çimərliklərdə monitorinq keçirdi

FHN çimərliklərdə monitorinq keçirdi
  12 İyun 2013    Oxunub:1478
İstirahət obyektlərinin sahiblərinə təlimatlar verilib
Çimərlik mövsümü ilə bağlı olaraq, Fövqəladə Hallar Nazirliyinin dövlət sulardan xilasetmə xidməti,nazirliyin Bakı Regional Mərkəzi, Gigiyena və Epidemologiya Mərkəzi, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin əməkdaşları , eyni zamanda mənzil komunal-təsərrüfat əməkdaşları ilə birgə çimərliklərdə, qeyri-rəsmi çimərliklərdə monitorinqlər keçirilib.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev deyib. Qurum rəsmisi bildirib ki, həmin monitorinqlər zamanı istirahət obyektlərinin sahibləri ilə görüşüblər.

“Onlara təhlükəsizliklə bağlı hansı məsələlərə diqqət edilməsi barədə təlimat verilib. Xüsusi texniki tələblər paylanılıb ki, hansı texniki tələblərə əməl edilsin. Orada artıq maarifçilik işləri start götürüb. Monitorinqlər nəticəsində, çimərliklərdə ötən ildən qalan müəyyən kölgəliklərin, qurğuların, dəniz sahilində təmiz olmaması müşahidə olunur. Bəzi yerlərdə məişət tullantıları çimərliyə atılır. Bu cür məsələlər müşahidə olunub. Monitorinqlərin nəticəsi olaraq, yerli icra hakimiyyətlərində müşavirələr keçirilib. Həmin rayonun problemləri müzakirə olunub. Problemlərin aradan qaldırılması üçün rayon rəhbərliyi tərəfindən göstərişlər verilib”-deyə M. Piriyev bildirib.

Nihadə


Teqlər:  





Xəbər lenti