Emin Milli Elçibəyi təhqir etdi - FAKT

Emin Milli Elçibəyi təhqir etdi - FAKT
  24 Avqust 2015    Oxunub:5421
Bir neçə gün öncə `Meydan TV`-də Yalçın Nəsirovun ` Kələki çıxmazı` adlı müəllif yazısı dərc olunub. Yazıda Azərbacan Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəy haqqında xoş olmayan, bəzi hissələrdə təhqiramiz ifadə və fikirlər yer alıb.

Ancaq Əbülfəz Elçibəyin təhqir olunması bununla yekunlaşmayıb. Belə ki, müəllif yazısına şərhində Emin Milli əndazəni tamamilə aşıb. O, şəxsi `facebook` hesabından aşağıda qeyd olunan fikirlərini paylaşıb.

`Yalçın Nəsirovun məqaləsi çox aktual, intelektual və dərin siyasi mənası və gücü olan bir məqalədir. Bu məqaləyə hələ səviyyəli cavab verə biləcək bir insan görməmişəm`.

Halbuki, müəllif yazıda Ə. Elçibəyi açıq təhqirə məruz qoyur. Daha sonra Emin Milli Əbülfəz Elçibəyin tarixi xidmətləri haqqında danışarkən deyir:

`Elçibəy tarixdə ən yaxşı halda səriştəsiz və savadsız bir siyasətçi kimi qalacaq. Onun rüşvət almamasını da bizə bir igidlik kimi sırımaq lazım deyil. Bu, qanunların tələbidir və qəhrəmanlıq kimi təqdim edilə bilməz. Yalnız bununla dövlət idarə etmək mümkün deyil`.

Əbülfəz Elçibəyin iqtidarı Heydər Əliyevə təhvil verməkdə ittiham edən E.Millinin digər absurd iddası belədir:

` Tarix Elçibəyi heç vaxt bağışlamayacaq. Bu gün vətəndaşlara qarşı bu hakimiyət tərəfindən törədilən hər bir cinayət Elçibəyin səhvlərinin və siyasətinin nəticəsidir`.

O, hesab edir ki, `YAP mifologiyasına qarşı necə mübarizə aparılırsa, AXC/AXCP/Müsavat mifologiyası ilə də eyni cür mübarizə aparılmalıdır`.

Bu gün Elçibəy ideyalarını yaşadan və siyasi baxışlarında bu ideyalara istinad edənləri E.Milli daha ağır təhqirə məruz qoyur:

`Hələ də Elçibəy yolunu bu xalqa sırımaq istəyən bir qrup siyasibazlar var. Onlardan özümüzü mütləq qorumalıyıq. Əgər özümüzü və uşaqlarımızı belə bir siyasi oyunun qurbanları rolunda bir daha görmək istəmiriksə`.

E. Millinin bu şərhindən görünür ki, bu adam millilikdən kənar bir şəxsdir. Həmçinin Azərbaycan dövlətinə, dövlətçilik ənənələrinə qarşı bütün imkanları ilə mübarizə aparır. Əks halda Ə. Elçibəyi alçaldıcı şəkildə təhqir etməzdi.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti