Yeni Bakı-Sumqayıt qatarından xəbər var

Yeni Bakı-Sumqayıt qatarından xəbər var
  25 Avqust 2015    Oxunub:1652
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri davam etdirilir.
Avqustun 25-dən Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun qoyuluşuna başlanılır. İlkin olaraq bu yolun üzərində yoldəyişdirici qurğular qoyulacaq.

AzVision.az - ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-dən Azərtac-a bildirilib ki, Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-dən start verilib və bu günə kimi 61 kilometr yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları”nın İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.


Teqlər:



Xəbər lenti