Akkumulyator oğrusu tutuldu

  24 Avqust 2015    Oxunub : 1530
Akkumulyator oğrusu tutuldu
Bərdə rayonunda avtomobildən akkumulyator oğurlayan şəxs saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bərdə Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Zakir Şahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Sadıqov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: