Montoneqro Azərbaycandan üzr istədi
Əsasən ailə üzvləri ilə birlikdə turist səfərində olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən təhlükəsizlik məsələlərini nəzərə alaraq, hava limanının nümayəndələrinə bu narahatlıq ifadə olunsa da, məlumat lövhəsində lazımı düzəlişlər edilməyib:
“Azərbaycan Respublikası vətəndaşlarının narahatlığını nəzərə alaraq, Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi məsələ ilə əlaqədar Tivat hava limanının rəhbərliyinə müraciət edib. Tivat hava limanının direktoru Damir Pinjatic tərəfindən diplomatik nümayəndəliyimizə göndərilmiş məktubda Tivat hava limanının rəhbərliyi adından Azərbaycan vətəndaşlarının haqlı narahatlığı və narazılığına səbəb olan bu məsələyə görə rəsmi qaydada üzrxahlıq ifadə olunub.
Bunun heç bir halda məqsədyönlü xarakter daşımadığı, gərgin uçuş dövründə əməkdaşlardan birinin mexaniki səhvi əsasında baş verdiyi və həmin əməkdaş barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü bildirilib. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə olan zaman qanuni əsasda hüquqlarının qorunması və lazımı konsulluq dəstəyinin göstərilməsi Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin prioritet vəzifələrindən biridir”.







Vaxtında, Aydın, Lazımlı!


