Qaradağ YAP-ın Seçki Qərargahının iclası keçirildi
O, həmçinin, vurğulayıb ki, parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının aparatında 17 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın bundan öncə keçirilən iclasında isə üzvlər arasında vəzifə bölgüsü aparılıb, qarşıdakı dövrdə görüləcək işlər müəyyənləşdirilib. Seçki Qərargahında fəaliyyət göstərəcək qərargah üzvləri və seçki kampaniyasında iştirak edəcək YAP fəalları müəyyənləşdirilib və onlar müvafiq qaydada təlimatlandırılıblar:
“Qərargahın üzvləri arasında gənclər də təmsil olunurlar. Ümid edirəm ki, bu parlament seçkilərində də gənclərimiz böyük fəallıq göstərərək öz töhfələrini verəcəklər. Bu prosesdə, həmçinin, qadınlarımızın da üzərinə böyük məsuliyyət düşür”.
A.Hüseynov, həmçinin “Biz növbəti parlament seçkilərinə ürəkaçan yeniliklərlə, yüksək əhval-ruhiyyə ilə gedirik. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış uğurlar ölkədə davamlı inkişafın, tərəqqinin və yüksəlişin təzahürüdür. İnanıram ki, hər zaman olduğu kimi, bu seçkilərdə də seçicilərimiz bu inkişafı, tərəqqini yüksək qiymətləndirərək YAP-ın namizədlərinə səs verəcəklər”, - deyə qeyd edib.
Tədbirdə daha sonra Seçki Qərargahının qarşıdakı dövrlərdə görəcəyi işlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


