Daha 6 cəbhəçi Razi Nurullayevin tərəfinə keçdi

Daha 6 cəbhəçi Razi Nurullayevin tərəfinə keçdi
  25 Avqust 2015    Oxunub:4515
Əli Kərimlinin AXCP-sinin Suraxanı rayon şöbəsinin, `Hövsan-2` dayaq dəstəsinin 6 üzvü - Nurlan Rəsulov, Ramik Şirinov, Tahir Hüseynov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulduğunu bəyan edib.

Bu barədə AzVision.az-a AXCP Etimad Qurultayı TK-nin üzvü Cavid Musazadə bildirib.

Onun sözlərinə görə, adı çəkilən cəbhəçilər Əli Kərimlinin rəhbərlik etdiyi dövrdə partiya daxilindəki anti-demokratik mühitə, maliyyə şəffafsızlığına, saxtakarlıqlara, bir qrup şəxsin partiya daxilində fironluğuna etiraz olaraq Razi Nurullayevin rəhbərlik etdiyi alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulduğumuzu elan ediblər.

Xatırladaq ki, avqustun 21-də də Əli Kərimlinin AXCP-sinin Suraxanı təşkilatından 5 nəfər üzv istefa verərək Razi Nurullayevin tərəfinə keçdiyini bəyan etmişdi.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti