Dostları Arif Məmmədovdan üz döndərdi

Dostları Arif Məmmədovdan üz döndərdi
  25 Avqust 2015    Oxunub:3228
Brüsseldə yaşayan keçmiş səfir Arif Məmmədov facebook- da dostlarının ondan üz döndərməsi ilə bağlı status yazıb.
Keçmiş səfir bildirib ki, Bakıdakı bina yanğını ilə bağlı statusundan sonra illərlə dostluq etdiyi insanlar ondan üz döndəriblər.

`10, 20, 30 il mənim ən yaxın düşündüyüm, ən azı 50-100 dəfə duz-çörək kəsdiyim `dostlarım` məndən üzlərini döndərdilər.

İnsan nədənsə gorxa bilər, tərəddüd edə bilər, amma millətimizə, xalqımıza, onun gələcəyinə gəldikdə, belə qorxaq mövqe göstərmək ayıbdır. Bu, bütün ziyalalarımıza da aiddir. Restoranlarda tostlar demək, kabab yeyərək və araq içərək Qarabağda bayrağımızın ucaldılmasından da danışmaq olar, amma xalqımıza inanaraq, onun yanında olaraq olar. Əks halda bu sözlər ən eybəcər, qorxaq düşmən sözlərinə çevrilir.Sizlər sabah öz övladlarınızın üzünə necə baxa biləcəksiniz?`.

AzVision.az


Teqlər:  



Xəbər lenti