`Ermənistan Sərsəngdən təhdid məqsədilə istifadə edir`
Suyun humanitar mahiyyət kəsb etdiyini qeyd edən nazir Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barəsində məlumat verdi.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını diqqətə çatdırdı. O əlavə etdi ki, Ermənistan tərəfi Sərsəng su anbarını təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.
Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini qeyd etdi. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Militsa Markoviç siyasi məqamların da istisna edilmədiyini nəzərə çatdırdı.
Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu vurğuladı. Biz o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın deyə Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hər hansı nəticəsinin olmadığını qeyd etdi.
Nazir Elmar Məmmədyarov ümidvarlığını bildirdi ki, bu hesabat hazır olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


