Davudoğlu partiya liderlərinə çağırış etdi - Video
`Gəlin konstitusiyanın tələbləri çərçivəsində hökumət quraq. Müvəqqəti hökumətin qurulması üçün konstitusiyadan kənar heç bir addım atmayacam. Kimin nə deməsindən asılı olmayaraq bu yoldan sapmayacam`, – deyə Davudoğlu müraciətində vurğulayıb.
Qeyd edək ki, Ə. Davudoğluya müvəqqəti hökumətin qurulması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 5 gün vaxt verilib.
Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) növbədənkənar seçkiyədək ölkəni idarə edəcək hökumətdə təmsil olunmayacaqlarını əvvəldən bəyan edib. Ona görə də müvəqqəti hökumətin AKP, Xalqların Demokratik Partiyası (HDP) və tərəfsiz millət vəkillərindən qurulacağı gözlənilir.
Elvin Abdulqədirov
AzVision.az