SOCAR Ukraynada yanacağın qiymətini endirib

SOCAR Ukraynada yanacağın qiymətini endirib
  25 Avqust 2015    Oxunub:2521
Ukraynanın yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan iri şirkətlər dünya birjalarında neftin ucuzlaşması fonunda istehlakçılara təklif olunan yanacağın qiymətini aşağı salıb.

Bu barədə "A-95" konsaltinq qrupunun həyata keçirdiyi monitorinqin nəticələrində qeyd olunur.

Məlumata görə, avqustun 21-25-i "Amic", "Shell", Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), WOG, OKKO kimi YDM şəbəkəsinə sahib olan iri şirkətlər yanacağın qiymətlərini təqribən 0,50-0,60 Ukrayna qrivnası aşağı salıb.

"Dizel yanacağının qiymətində müşahidə olunan qiymət enməsi artıq benzinin qiymətinə də təsir edib", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, 1 Ukrayna qrivnası 0,0467 manatdır.(apa)


Teqlər:  





Xəbər lenti