“Qarabağ” Respublika Stadionunda oynamaq istəmədi

“Qarabağ” Respublika Stadionunda oynamaq istəmədi
  26 Avqust 2015    Oxunub:2625
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Yanq Boys” cavab qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov avqustun 26-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında saat 17:15-də media mənsublarının önünə çıxacaq.

“Yanq Boys”un baş məşqçisi Harald Gamperle isə saat 17:45-də jurnalistlərin suallarını cavablandıracaq. Rəqibimizin oyunqabağı son çalışması 18:15-də baş tutacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası matçdan qabaqkı son məşqə oyunun keçiriləcəyi stadionda çıxmayacaq. Belə ki, “Qarabağ”n oyunöncəsi son məşqi sabah saat 19:15-də klubun Suraxanı qəsəbəsindəki bazasında baş tutacaq.


Teqlər:





Xəbər lenti