Nazirlik 27 əməkdaşını cəzalandırdı

Nazirlik 27 əməkdaşını cəzalandırdı
  26 Avqust 2015    Oxunub:2572
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində 2015-ci ilin 2-ci rübündə daxili nəzarət qaydasında keçirilən tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının monitorinqi aparılıb.
AzVision.az xəbər verir ki, 2015-ci ilin 2-ci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib.

2015-ci ilin 2-ci rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən Daxili təhlükəsizlik Baş İdarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaşın xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilərək 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilb, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:



Xəbər lenti