Baş prokuror vətəndaşlarla görüşəcək

Baş prokuror vətəndaşlarla görüşəcək
  26 Avqust 2015    Oxunub:1426
Azərbaycanın baş prokuroru Zakir Qaralov Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, qəbul sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında baş tutacaq: “Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər”.


Teqlər:



Xəbər lenti