AMİP deputatlığa namizədlərini açıqladı - İlkin siyahı

AMİP deputatlığa namizədlərini açıqladı - İlkin siyahı
  26 Avqust 2015    Oxunub:2638
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib.
Partiyadan AzVision.az-a verilən xəbərə görə, iclasda qarşıdan gələn parlament seçkiləri və AMİP-in seçkilərdə iştirakı ilə bağlı məsələ müzakirə olunub. Siyasi Şura Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək namizədlərin bir qismini təsdiqləyib.

Bunlar 9 saylı Binəqədi ikinci seçki dairəsindən AMİP Siyasi Şurasının üzvü, `Millət` qəzetinin baş redaktoru Əli Orucov, 15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev, 19 saylı Nərimanov birinci seçki dairəsindən Siyasi Şuranın üzvü Eldar Hüseynov, 23 saylı Nəsimi-Səbail seçki dairəsində Mərkəzi Şuranın üzvü Suğra Nəcəfova, 25 saylı Nizami ikinci seçki dairəsindən AMİP Nizami Rayon təşkilatının sədri Məmmədəli Səfərov, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Mərkəzi Şuranın üzvü Ayaz Rüstəmov, 34 saylı Xətai ikinci seçki dairəsindən Siyasi Şuranın üzvü Məhərrəm Həsənov, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən AMİP sədri Yusif Bağırzadə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Sumqayıt rayon təşkilatının sədri Dünyamin Əhmədli, 79 saylı İmişli seçki dairəsindən İmişli rayon təşkilatının sədri Tapdıq Həsənov, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən partiya üzvü Elçin Əzizovdur.

İclasda qərara alınıb ki, digər dairələr üzrə irəli sürülmüş namizədlərin təsdiq olunması Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınsın.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti