Əli Əhmədov ABŞ səfiri ilə görüşdü - Fotolar

Əli Əhmədov ABŞ səfiri ilə görüşdü - Fotolar
  26 Avqust 2015    Oxunub:2227
Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi, baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. YAP-dan AzVision.az-a verilən xəbərə görə, partiyanın mənzil qərargahında keçirilən görüşdə Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər müzakirə olunub.

Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri Ziya Sayed və siyasi məsələlər üzrə müşavir Syusan Çesli iştirak edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti