Asim Mollazadə yeni seçki bloku yaratdı

Asim Mollazadə yeni seçki bloku yaratdı
  26 Avqust 2015    Oxunub:2651
`Azərbaycan Demokratik İslahatlar Partiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı hazırlıqları yekunlaşdırıb və yaxın vaxtlarda partiyanın namizədlərinin siyahısı açıqlanacaq`. Bu fikirləri AzVision.az-a partiyanın sədri, deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, ADİP seçkiyə bir neçə partiya ilə birlikdə, blok şəklində də gedəcək:

`Biz hələlik adlarını çəkmək istəmədiyim bir neçə partiya ilə parlament seçkilərinə blok şəklində getmək barədə müzakirə aparmışıq. Bununla bağlı qərar artıq qəbul olunub. Yaxın vaxtlarda yekun qərarımızı açıqlayacağıq`.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti