İrəvandan Bakıya aviareys açılıb?

  11 İyun 2013    Oxunub : 471
İrəvandan Bakıya aviareys açılıb?
İrəvanın Zvartnos hava limanının saytında hər iki ölkə vətəndaşlarını şoka salan məlumat yerləşdirilib.

Saytda yerləşdirilən cədvəldə İrəvan-Bakı təyyarə reysinin vaxtı göstərilib. Cədvələ görə, “SV Biznes Aviasiya” hava yolları şirkətinə məxsus təyyarə ESW 888 saylı reyslə mayın 23-də İrəvandan yola düşüb və saat 20.30-da Bakıya eniş edib.

Məsələyə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də reaksiya verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri məlumatı təkzib edib və bunu təxribat kimi qiymətləndirib.(ans)

Teqlər: