5 kişi 2 qadını soydu - Bakıda

5 kişi 2 qadını soydu - Bakıda
  26 Avqust 2015    Oxunub:1613
Bakıda qadınlardan soyğunçuluq edən şəxslər polis tərəfindən saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Xavər Məhərrəmovanın 500 manatını soyğunçuluq yolu ilə almış paytaxt sakinləri Əli Şərifov və Həsən Abdullayev tutulublar.

Bundan başqa Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Əfsanə İsmayılovanın qızıl üzüyünü və gümüş qolbağını soyğunçuluq yolu ilə almış Mehdi Əhmədov, Vüsal Həmidov və Yusif Xanquluyev də yaxalanıblar.

Araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti