Müsavatdan növbəti istefa

Müsavatdan növbəti istefa
  26 Avqust 2015    Oxunub:1433
Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Dərnəgül özəyinin sədri Arif Əziz istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli bildirib.

O deyib ki, istefa partiyanın Binəqədi rayon təşkilatının Şura iclası zamanı olub: "İclasda partiyanın Dərnəgül özəyinin sədri Arif Əziz və Şura üzvü Hümbət Məmmədli istefa verib. Onlar Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsinə etiraz olaraq bu addımı atıblar".

Arif Əziz Müsavat Partiyasından istefa verdiyini təsdiqləyib.


Teqlər:  



Xəbər lenti