Nadir Qafarzadə ilə bağlı təkzib- Rəsmi

Nadir Qafarzadə ilə bağlı təkzib- Rəsmi
  26 Avqust 2015    Oxunub:3427
"Müğənni Nadir Qafarzadənin Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunması ilə bağlı yayılan xəbərlər düz deyil".
Bunu Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Manafov deyib.

İ.Manafov N.Qafarzadənin Abşeron rayonunun mədəni-kütləvi tədbirlərində fəal iştirak etdiyini bildirib: "May ayında keçirilən tədbirlərin birində mənə dövlət işində çalışmaq üçün müraciət etdi. Mən də bildirdim ki, hazırda ona münasib, uyğun yerimiz yoxdur. Gələcəkdə mədəniyyət evində, klublarımızın birində boş yer olarsa, Nadir Qafarzadənin işlə bağlı təklifinə müsbət cavab verə bilərik".

İlham Manafov Abşeron rayonu Qobu Mədəniyyət sarayının direktoru postunun boş olduğunu, hazırda həmin vəzifəni müvəqqəti olaraq Vüqar İsrafilov adlı şəxsin icra etdiyini bildirib.

Qobu Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunduğunu deyən müğənni Nadir Qafarzadə isə söylədiklərini təkzib etməsə də, təsdiqləmədi. O, sadəcə sözügedən vəzifəyə təyinatının rəsmi olaraq təsdiqlənməsini gözləmədən xəbərin yayılmasına təəssüflənir.(ans)


Teqlər:  





Xəbər lenti